Rusiya S-500 ZRS ilə silahlanmağa başlayıb

Rusiya S-500 ZRS ilə silahlanmağa başlayıb

Rusiya qoşunları S-500 “Prometey” zenit-raket sistemlərini (ZRS) qəbul etməyə başlayıb.

“Poliqon” xəbər verir ki, S-500 “Prometey” sisteminin dövlət sınaqlarından keçməsi və orduya tədarük olunmağa başlaması barədə Rusiya Baş nazirinin müavini Yuri Borisov “Tümen Neft-Qaz Forumu” (TNF 2021) çərçivəsində jurnalistlərə məlumat verib.

“Dövlət sınaqları yenicə başa çatıb və bu kompleksin ilk tədarüklərinə başlanlıb. Bu, “Almaz-Antey”in müştərinin tələbi ilə etməli olduğu tam nomenklaturada deyil. Bunlar kompleksin razılaşdırılmış tərkibli konfiqurasiyalarıdır”, – deyərək Yuri Borisov bildirib.

Baş nazirin müavininin sözlərindən belə nəticəyə gəlmək olur ki, hazırda Rusiya Hərbi-Kosmik Qüvvələrinin silahlanmasına qəbul edilmiş komplekslər natamam tərkibə sahibdirlər.

Xatırladaq ki, cari ilin 20 iyul tarixində Rusiyanın Müdafiə Nazirliyi “Kapustin Yar” poliqonunda S-500 ZRS-in yüksək sürətli ballistik hədəfə sınaq döyüş atışı həyata keçirdiyini xəbər verib. Qeyd olunur ki, sınaqlar verilmiş taktiki-texniki xüsusiyyətləri təsdiqləyib.

“Almaz-Antey” konserninin istehsal etdiyi S-500, bütün yüksəklik və sürət aralığında potensial düşmənin bütün mövcud və perspektivli hava-kosmik hücum silahlarını məhv etmək üçün təyin edilib. Kompleksdə işləmək üçün mütəxəssislərin hazırlanmasına 2017-ci ildən başlanılıb. S-500 “Prometey” ZRS, S-400 “Triumf” kompleksini əvəz etmək üçün hazırlanıb. Yaradıcıların fikrincə, sistem yaxın 25 il ərzində təyyarə və raketlərlə mübarizə üçün təsirli bir vasitə olacaq.

Elan edilən hədəf məhvetmə məsafəsi 600 km-ə qədərdir. S-500 ZRS əsas funksiyası 3500 km-ə qədər fəaliyyət radiusuna malik orta mənzilli ballistik raketlərlə mübarizə aparmaqdır (həmçinin bax: S-500 “Prometey” ZRK-nin döyüş atışlı sınaqları keçirilib).

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS