Rusiya Serbiya Ordusuna “Kornet” TƏİRK tədarük edib

Rusiya Serbiya Ordusuna “Kornet” TƏİRK tədarük edib

Rusiya müdafiə sənayesi kompleksinin istehsalı olan “Kornet” tank əleyhinə idarə olunun raket kompleksləri (TƏİRK) Serbiya Ordusuna çatdırılıb.

“Poliqon” xəbər verir ki, bu barədə açıqlama verən Serbiya prezidenti Aleksandr Vuçiç bildirib ki, Rusiyadan alınan “Kornet” TƏİRK Silahlı Qüvvələrin inventarına qəbul edilib.

Qeyd edək ki, Serbiya Avropada Rusiyanın silah və hərbi texnikasının ən böyük idxalçısıdır. Son bir neçə ildə Rusiya Serbiyaya hər biri 30 ədəd olmaqla modernləşdirilmiş T-72MS tankı və zirehli kəşfiyyat-mühafizə maşını, hər biri 7 ədəd olmaqla Mi-17 və Mi-35 helikopteri, 6 ədəd MiQ-29 qırıcısı tədarük edib.

Rizvan Fikrətoğlu

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş