Rusiya Silahlı Qüvvələri 600-dən çox hərbi tenika alıb

Rusiya Silahlı Qüvvələri 600-dən çox hərbi tenika alıb

Rusiya Silahlı Qüvvələri 2025-ci ilə qədər Rusiyada ölçmələrin vahidliyinin təmin edilməsi strategiyasının realizasiyası çərçivəsində 600-dən çox müasir texnika alıb.

“Poliqon” xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bildirib.

“Vurğulamaq istəyirəm ki, Silahlı Qüvvələrdə ölçü vahidliyinin təmin edilməsi sisteminin inkişafı müasir texnologiyaların tətbiqinə, qoşunların ən müasir yüksək dəqiqlikli və digər silah növləri ilə yenidən təchiz edilməsinə birbaşa təsir göstərir. Strategiyanın realizasiyası çərçivəsində Müdafiə Nazirliyi hərbi ölçü texnikası parkını müntəzəm olaraq yeniləyir – artıq 600-dən çox ən son model qoşunlara çatdırılıb”, – deyə Sergey Şoyqu qeyd edib.

Rusiyanın müdafiə naziri bildirib ki, həmçinin ölçmə vasitələrinin vəziyyətinə monitorinqin avtomatlaşdırılmış sistemi yaradılır, Silahlı Qüvvələrdə, digər qoşun və hərbi birləşmələrdə, əməkdaşlıq çərçivəsində ölçmələrin vahidliyinin təmin edilməsi sahəsində normativ hüquqi baza fəal şəkildə təkmilləşdirilir.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS