Rusiya son on ildə 35-dən çox ölkəyə helikopter ixrac edib

Rusiya son on ildə 35-dən çox ölkəyə helikopter ixrac edib

Rusiyanın “Rostex” Dövlət Konserninin tərkibinə daxil olan “Rosoboroneksport” şirkəti son 10 ildə 35-dən çox ölkəyə helikopter ixrac edib.

“Poliqon” xəbər verir ki, bu barədə “Rosoboroneksport” şirkətinin baş direktoru Aleksandr Mixiyev deyib.

Aleksandr Mixiyev bildirib ki, bu müddət ərzində sifarişçilərə ümumi dəyəri 20 milyard ABŞ dolları olan 850-dən artıq müxtəlif təyinatlı helikopter təhvil verilib.

Qeyd edək ki, sifarişçilər sırasına Azərbaycan, Qazaxıstan, Pakistan, Türkmənistan, Özbəkistan, Argentina, Hindistan, Braziliya, Nigeriya və başqa ölkələr daxildir.

Poliqon.az

CATEGORIES
TAGS