
Rusiya T‑72 tankının imkanlarını artırmaq üçün konstruksiyasında 200 dəyişiklik edib
Rusiya T-72 tankının atəş gücünü, qorunmasını və hərəkət qabiliyyətini artırmaq məqsədilə onun konstruksiyasına təxminən 200 müxtəlif dəyişiklik edib.
Xüsusi hərbi əməliyyat dövründə tankın konstruksiyasına atəş gücünü, qorunmasını və hərəkət qabiliyyətini artırmaq məqsədilə təxminən 200 müxtəlif dəyişiklik edilib.
Bu barədə “Poliqon” Rusiyanın “Rostex” Dövlət Korporasiyasına istinadən xəbər verib.
Bildirilib ki, döyüş texnikasının modernləşdirmə potensialı nə qədər yüksəkdirsə, o qədər yaxşı hesab olunur. Bu cəhətdən “Uralvaqonzavod” konserninin istehsal etdiyi T‑72B3M tankı yüksək imkanlara malikdir. O, müasir nişangah kompleksi, yeni qorunma vasitələri və daha güclü mühərrik sayəsində əvvəlki T‑72 modellərini dəfələrlə üstələyir.
“T-72 hələ də modul prinsipli tank olaraq qalır və onu müəyyən təhdidlərə və çağırışlara uyğun olaraq sürətlə yenidən qurmaq mümkündür. Xüsusi hərbi əməliyyat dövründə tankın konstruksiyasına atəş gücünü, qorunmasını və hərəkət qabiliyyətini artırmaq məqsədilə təxminən 200 müxtəlif dəyişiklik edilib. Bununla belə, modernləşdirmə ehtiyatları hələ də tükənməyib”, – deyə “Rostex” tərəfindən qeyd edilib.
T‑72 tarixə əsas döyüş tankları sinfində dünyada ən çox istehsal olunan və döyüşlərdə istifadə edilən tank kimi düşüb. Onun bazasında aşağıdakı texnikalar yaradılıb:
- TOS‑1 “Buratino” və TOS‑1A “Solntsepek” ağır odsaçan sistemləri
- MTU‑72 mexanikləşdirilmiş körpü sistemi
- BREM‑1 zirehli təmir-təxliyə maşını
- IMR‑2 mühəndis-istehkam maşını və s.


