Rusiya-Ukrayna müharibəsinin altımış birinci günü – XRONİKA

Rusiya-Ukrayna müharibəsinin altımış birinci günü – XRONİKA

Rusiya Silahlı Qüvvələri tərəfindən fevralın 24-də Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə davam edir.

“Poliqon” rəsmi məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsinin altımış birinci gününün xronikasını təqdim edir.

Aprelin 25-də Ukrayna silahlı qüvvələri Nikolayev vilayətinin 5 yaşayış məntəqəsində nəzarəti bərpa edib. Habelə, Donetsk və Tauride istiqamətlərində Koroviy Yar, Rubejnoe yaşayış məntəqələri və Zaporojye istiqamətində Rusiya qoşunlarının hücumunu dəf edib. Odessa vilayətində Rusiyanın artilleriya qoşunları tərəfindən atılan raket havada zərərsizləşdirilib.

Ukrayna Ordusunun bölmələri tərəfindən Rusiyanın iki diversiya-kəşfiyyat qrupunun irəliləmə cəhdinin qarşısı alınıb. Heyətin 50 %-ni itirən diversiya-kəşfiyyat qrupu geri çəkilib. Rusiya Ordusu 73 canlı qüvvə, “Pantsir S1” zenit raket-top kompleksi (ZRTK), o cümlədən 7 xüsusi avtomobil və zirehli nəqliyyat vasitəsi itirib.

Ukrayna qoşunları Donetsk və Luqansk vilayətləri ərazisində son sutkada Rusiya qüvvələrinin 7 hücumunu dəf edib. Bu istiqamətdə Rusiya silahlı qüvvələrinin 13 tankı, 3 artilleriya sistemi, 17 zirehli texnikası, 4 zirehli döyüş maşını, 18 xüsusi avtomobili və 4 yanacaqdaşıyanı məhv edilib. Ukraynanın Hava Hücumundan Müdafiə bölmələri tərəfindən sözügedən ərazidə “Orlan-10” tipli 3 pilotsuz uçuş aparatı (PUA) vurulub. Bundan başqa, Ukrayna hərbçiləri Xarkov vilayətində Rusiyanın Su-34 döyüş təyyarəsini vurublar.

Fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 181 təyyarəsini, 154 helikopterini, 884 tankını, 2258 zirehli texnikasını, 1566 hərbi avtomobilini, 411 artilleriya qurğusunu, 201 PUA-sını, 69 hava hücumundan müdafiə sistemini, 149 YARS, 28 xüsusi nəqliyyat vasitəsini, 76 yanacaq sisternini və 8 gəmi/qayığını, 4 OTRK / TRK işəsalma qurğusunu məhv edib. İndiyədək Rusiya Ordusunun 21900 nəfər hərbiçisi öldürülüb.

Aprelin 25-də Rusiya silahlı qüvvələri Ukraynanın Xerson şəhərində şura binasına nəzarəti ələ keçiriblər. Rusiya ordusu çoxlu sayda texnika və canlı qüvvə toplayaraq Zaporojye istiqamətində irəliləməyə çalışıb.
Rusiya Ordusunun bəlmələri tərəfindən Vinnitsa vilayətinin Jmerinka və Kazatin şəhərlərinə raket zərbələri endirilib. Raket zərbələri nəticəsində ölən və yaralananlar olub.

Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkov bildirib ki, Rusiyanın Hərbi-Kosmik Qüvvələrinin operativ-taktiki və ordu aviasiyası, Silahlı Qüvvələrin raket və artilleriya qoşunları Ukrayna Ordusunun 4 idarəetmə məntəqəsinə, o cümlədən 81-ci əlahiddə desant-hücum briqadasına, 110-cu ərazi müdafi briqadasına və 3 sursat anbarına zərbələr endiriblər. Nəticədə Ukrayna Ordusunun 240 hərbçisi ölüb, 28 hərbi texnikası məhv edilib.

Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu tərəfindən fevralın 24-dən bu günədək Ukraynanın ümumilikdə 141 təyyarəsi, 110 helikopteri, 265 ZRK-si, 283 YARS-ı, 551 PUA-sı, 2554 tankı və digər zirehli döyüş maşınları, 2380 xüsusi nəqliyyat vasitəsi, 1104 artilleriya qurğusu və minaatanı məhv edilib.

Müttəfiq ölkələr tərəfindən Ukraynaya hərbi yardım davam edir. İtaliyanın Ukraynaya göndərdiyi ən son texnologiyalı hərbi yardım paketinə M113 tırtıllı avtomobillərə quraşdırılmış SİDAM-25 hava hücumundan müdafiə sistemləri, PzH 2000 özüyeriyən artilleriya qurğuları, pulemyotlar, tank əleyhinə raketlər və digər silahlar daxil edilib.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS