Rusiya-Ukrayna müharibəsinin əlli səkkizinci günü – XRONİKA

Rusiya-Ukrayna müharibəsinin əlli səkkizinci günü – XRONİKA

Rusiya Silahlı Qüvvələri tərəfindən fevralın 24-də Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə davam edir.

“Poliqon” rəsmi məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsinin əlli səkkizinci gününün xronikasını təqdim edir.

Aprelin 22-də Rusiya-Ukrayna müharibəsinin ən fəal döyüşləri İzyum – Barvenkovo istiqamətində, “Popasnaya” dəmiryol stansiyasının ərazisində, Severodonetsk rayonunda, Mariupol şəhərində və Zaporojye-Donetsk istiqamətində müşahidə edilib.

Rusiya KİV-ləri bildirib ki, Ukrayna ordusu 120 millimetrlik minaatanlardan və atıcı silahlardan Rusiya hərbçilərini dörd saat ərzində Qorlovkanı və Donetskin Balka məntəqələrində aramsız atəşə tutub.

Ukraynanın “Şərq” əməliyyat cəbhəsindəki döyüşlər nəticəsində Rusiya ordusu böyük itkilər verib. Aprelin 20-dən etibarən bu cəbhədə Rusiya qoşunlarının 50-dən çox hərbçisi ölüb. Bundan əlavə, Kuraxovski istiqamətində Cənub Hərbi Dairəsinin 58-ci Əlahiddə Ümumqoşun Ordusunun 136-cı əlahiddə motoatıcı briqadasının batalyonun taktiki qrupu 250 nəfərə yaxın itki verib və 10 ədəd texnika itirib.

Ukraynanın Novoaydar şəhərindəki mərkəzi rayon xəstəxanasına Rusiyanın 220 yaralı hərbçisi yerləşdirilib.

Ukraynanın Donetsk və Luqansk vilayətləri ərazisində Rusiya işğalçılarının 10 hücumunun dəf olunması nəticəsində Rusiya ordusunun 6 tank, 8 zirehli texnika, 15 xüsusi avtomobil və 4 artilleriya sistemi məhv edilib.uk2 2

Bundan başqa, Ukrayna silahlı qüvvələri son sutkada Rusiyanın 15 aviasiya vasitəsini – 9 “Orlan-10” pilotsuz uçuş aparatını (PUA), 3 təyyarəsini (“Su-34”, “Su-35”, “Su-25”) və 3 helikopterini (2 “Mi-8” və 1 “Ka-52”) məhv edib.

Fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 176 təyyarəsini, 153 helikopterini, 838 tankını, 2162 zirehli texnikasını, 1523 hərbi avtomobilini, 397 artilleriya qurğusunu, 172 PUA-sını, 69 hava hücumundan müdafiə sistemini, 138 yayılım atəşli reaktiv sistemini (YARS), 27 xüsusi nəqliyyat vasitəsini, 76 yanacaq sisternini və 8 gəmi/qayığını, 4 OTRK / TRK işəsalma qurğusunu məhv edib. İndiyədək Rusiya Ordusunun 21200 nəfər hərbiçisi öldürülüb.

Rusiya Hərbi-Kosmik Qüvvələrinin əməliyyat-taktiki və ordu aviasiyası Ukraynanın 2 komanda məntəqəsi, 3 raket və artilleriya silahı anbarı, eləcə də hərbi texnikanın cəmləşdiyi 21 ərazisi olmaqla, 26 hərbi obyektini vurub.

Rusiya ordusu gün ərzində Ukraynaya məxsus 27 zirehli texnikanı, Çervonnoye kəndində Osa-AKM zenit-raket kompleksləri (ZRK) üçün nəzərdə tutulan raket anbarını, “Buk-M1” ZRK-ni, 1 elektron döyüş stansiyasını, hərbi texnikanın cəmləşdiyi 5 ərazini, eləcə də “Mi-8” helikopterini məhv edib. Həmçinin, Xarkov vilayətində Ukraynaya məxsus 3 PUA zərərsizləşdirilib.

uk3 2Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu tərəfindən fevralın 24-dən bu günədək Ukraynanın ümumilikdə 140 təyyarəsi, 107 helikopteri, 258 ZRK, 272 yayılım atəşli reaktiv sistemi, 254 zenit raket kompleksi, 523 PUA-sı, 2458 tank və digər zirehli döyüş maşınları, 2305 xüsusi nəqliyyat vasitəsi, 1069 artilleriya qurğusu və minaatanı məhv edilib.

Müttəfiq ölkələr tərəfindən Ukraynaya hərbi yardım davam edir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib ki, Avropa Birliyi Rusiyaya qarşı müharibədə dəstək olmaq üçün ağır silahlar alıb Ukraynaya pulsuz təhvil verməyə razılaşıb.

İtaliyanın maliyyə naziri Daniele Franko ölkənin Ukraynaya əlavə 200 milyon avro yardım göndərəcəyini açıqlayıb. Bundan əvvəl İtaliya Kiyevə yardım kimi 110 milyon avro ayırıb.

Kiyevdə səfərdə olan Danimarkanın baş naziri Mette Frederiksen Ukraynaya yeni silah tədarükü üçün əlavə 600 milyon kron (təxminən 80,6 milyon avro) ayrılacağını açıqlayıb. Beləliklə, Danimarkanın Ukraynaya ümumi hərbi yardımı 1 milyard kron (134 milyon avrodan çox) təşkil edəcək. Hərbi yardımdan əlavə, Danimarka Ukraynaya minaların təmizlənməsində də köməklik göstərmək öhdəliyini üzərinə götürüb.

Niderland Almaniya ilə birlikdə Ukraynanı özüyeriyən haubitsalarla təmin etmək niyyətindədir.

Ukraynanın Mariupol şəhərində müharibə nəticəsində daha 4 azərbaycanlı həlak olub, 1 nəfər itkin düşüb.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS