Xəbərlər

Rusiya-Ukrayna müharibəsinin on yeddinci günü – XRONİKA

Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə Ukrayna şəhərlərinin, hərbi obyektlərinin dağıdılması və Ukraynanın müdafiə olunması ilə davam edir. Rusiya silahlı qüvvələri Ukraynanın hərbi infrastrukturuna, hava limanlarına, xəstəxanalarına və mülki obyektlərinə hücum edir. Ukrayna müqavimət göstərir və dəstək qazanır, dünya Rusiyanı təcrid edir.

“Poliqon” Rusiya-Ukrayna müharibəsinin on yeddinci gününün xronikasını təqdim edir.

– Ukrayna Müdafiə Nazirliyi bildirib ki, martin 12-də Ukrayna müdafiə qüvvələri üstünlüyü ələ alıb və bütün istiqamətlərdə Rusiya silahlı qüvvələrinin hücum əməliyyatını dəf ediblər. Bildirilib ki, Polesye, Siver, Cənubi Buq əməliyyat bölgələrində Rusiya ordusunun canlı qüvvələri və texnikası böyük itkilər verib və əvvəllər işğal olunmuş əraziləri saxlamağa çalışıb. 2 9Donetsk istiqamətində irəliləməyə çalışan rus qoşunları Ukrayna hərbçiləri tərəfindən məğlubiyyətə uğradılıb və müxtəlif istiqamətlərdə dayandırılıblar, nəticədə qarşı tərəfin irəliləmə sürəti xeyli ləngiyib. Qeyd olunub ki, döyüş başlayandan Rusiyanın Ukrayna ərazisində fəaliyyət göstərən otuz bir tabor-taktiki dəstəsi döyüş qabiliyyətini itirib.

– Rəsmi məlumatlara görə, hərbi əməliyyatlar nəticəsində Ukrayna Silahlı Qüvvələrinin bölmələri ilə birbaşa təmasda olan Rusiya Silahlı Qüvvələrinin hissələrinin əksəriyyəti ruhdan düşüb, şəxsi heyətinin mənəvi-psixoloji durumu pisləşməkdə, təslim olmaların sayı artmaqda davam edib. Son üç gündə qarşı tərəfin kiçik fərari dəstələrinin dövlət sərhədinə doğru hərəkəti müşahidə olunub.

– Rusiya ordusu Ukraynanın Xarkov vilayətini atəşə tutmaqda davam edib. Rus qoşunları bu dəfə “Saltovsko” tramvay deposunu bombalayıblar.

– Ukraynanın Sumı vilayətinin Romenskiy rayonunun Kolesnikovo kəndində evlər Rusiyanın silahlı qüvvələri tərəfindən dağıdılıb. Kiyevdə Podil istiqamətində rus ordusunun zərbəsi nəticəsində inzibati bina yanıb.

4 4– Ukraynanın Xerson vilayətinin Skadovski rayonunun səmasında Rusiyanın iki helikopteri vurulub. Helikopterin birinin pilotu ölüb, digərinki isə yaralı halda əsir götürülüb və xəstəxanaya aparılıb. Məlumata görə, Rusiya aviasiyasının bu günə qədər 140-dan çox texnikası sıradan çıxarılıb.

– Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib ki, son 24 saat ərzində Rusiya Hərbi-Kosmik Qüvvələri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus bir Mi-24 helikopterini, bir “Bayraktar TB2” pilotsuz uçuş aparatını (PUA) və daha 2 PUA-sını vurub. Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin əsas radio kəşfiyyat mərkəzini dəqiq zərbə ilə sıradan çıxarıb.

– İqor Konaşenkov onu da bildirib ki, Rusiya silahlı qüvvələri geniş cəbhədə hücumu davam etdirərək Novoandreyevka, Kirilovka yaşayış məntəqələri üzərində nəzarəti təmin edib. Bildirilib ki, gün ərzində irəliləmə 12 kilometr olub. Ukraynanın Molodejno və Vozqorye yaşayış məntəqələri nəzarətə götürülüb, Popasnaya qəsəbəsinin cənub və mərkəzi hissələrini ələ keçirilib, Rusiya ordusu Severodonetsk şəhərinin ətrafına çatıb.

– Ukrayna döyüşlərdə Rusiya Silahlı Qüvvələrinin məhv edilən silah və texnikalarının, eləcə də həlak olan hərbi qulluqçularının yeni sayını açıqlayıb. 1 12 e1647120444753Bildirilib ki, fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 58 təyyarəsini, 83 helikopterini, 362 tankını, 1205 zirehli texnikasını, 585 hərbi avtomobilini, 135 artilleriya qurğusunu, 7 PUA-sını, 33 hava hücumundan müdafiə sistemini, 62 yayılım atəşli reaktiv sistemini, 60 yanacaq sisternini və 3 gəmi/qayığını məhv edib. Nazirliyin məlumatına görə, indiyədək Rusiya Ordusunun 12 min nəfərdən çox hərbiçisi öldürülüb.

– Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu fevralın 24-dən bu günədək ümumilikdə Ukraynanın 3593 hərbi obyektini vurub. Ukraynanın 90 idarəetmə məntəqəsi və rabitə sistemi, 144 S-300, “BuK M-1” və “Osa” ZRK, 88 radar stansiyası, 98 döyüş təyyarəsi, 24 helikopteri, 121 PUA-sı, 1159 tank və digər zirehli döyüş maşınları, 118 reaktiv yaylım atəşi sistemi, 973 xüsusi təyinatlı hərbi texnikası, 436 artilleriya qurğusu və minaatanı məhv edilib.

– Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Rusiyanın Ukrayna ərazisində apardığı hərbi əməliyyatlar zamanı 1300-ə yaxın ukraynalı hərbçi həlak olub.

– Rusiya və Ukrayna nümayəndə heyətləri danışıqları bu gün videoformatda davam etdiriblər.

– Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Ukraynadakı humanitar böhranla əlaqədar Azərbaycan tərəfindən humanitar yardımlar davam edir. Onun sözlərinə görə, birinci növbədə 6 milyon avro dəyərində tibbi ləvazimat Ukrayna xalqına çatdırılıb. Bu gün Azərbaycan Ukrayna xalqının ehtiyacları üçün əlavə olaraq 5,5 milyon avro civarında ərzaq məhsulları və tibbi ləvazimatlardan ibarət humanitar yardım göndərib. Bundan başqa, “SOCAR Ukrayna” təcili yardım, yanğınsöndürmə avtomobillərini pulsuz benzinlə təmin edir.

– Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevsk Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan hökumətinə, bütün Azərbaycan xalqına belə ağır dövrdə Ukraynaya yardım göstərdiyinə görə təşəkkürünü bildirib. O deyib ki, göndərilən humanitar yardım hazırda atəş altında qalan yüzlərlə dinc sakinin həyatını xilas edəcək.

Rizvan Fikrətoğlu

Poliqon.az

Back to top button