Xəbərlər

Rusiya-Ukrayna müharibəsinin otuz üçüncü günü – XRONİKA

Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə Ukrayna şəhərlərinin, hərbi obyektlərinin dağıdılması və Ukraynanın müdafiə olunması ilə davam edir. Rusiya silahlı qüvvələri Ukraynanın hərbi infrastrukturuna, hava limanlarına, xəstəxanalarına və mülki obyektlərinə hücum edir. Bəzi istiqamətlərdə Ukrayna silahlı qüvvələri əks-hücuma keçir. Ukrayna müqavimət göstərir və dəstək qazanır, dünya Rusiyanı təcrid edir.

“Poliqon” rəsmi məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsinin otuz üçüncü gününün xronikasını təqdim edir.

– Martın 28-də Ukrayna Ordusunun bölmələri şərq, cənub-şərq və şimal-şərq istiqamətlərində müdafiə əməliyyatını davam etdirib. Rusiya qoşunlarının Ukraynanın işğal olunmuş ərazilərindəki mövqelərində heç bir ciddi dəyişiklik baş verməyib.

– Ukrayna Silahlı Qüvvələri İrpin şəhərini azad edib. Rəsmi açıqlamaya görə, şəhər rus hərbçilərindən tam təmizlənib.1 29

– Ukraynanın hərbi qüvvələri Krivoy Roq, Zapaoroje və Mikolayev istiqamətində müdafiə tədbirlərini gücləndirib. Ukrayna Silahlı Qüvvələri paytaxt Kiyev ətrafında müdafiəni gücləndirir, Rusiya ordusunun şimal-qərb və şərq istiqamtindən girməsinin qarşısını alıb. Topolsk, Kamenka və Suxaya Kamenka yaşayış məntəqlərində döyüşlər davam edib.

– Ukraynanın “Azov” alayı mühasirəyə alınmış və Rusiya qüvvələrinin qismən sıza bildiyi Mariupol şəhərinin yeni görüntülərini paylaşıb. Xatırladaq ki, şiddətli döyüşlərin getdiyi Mariupol şəhərinin müdafiəsində əsas qüvvə ölkənin “Azov” alayıdır. Şəhər martın 1-dən bəri mühasirədədir. Bununla belə, Rusiya Silahlı Qüvvələri şəhəri tam ələ keçirə bilməyib.

– Rusiya şiddətli döyüşlərin davam etdiyi Mariupol bölgəsinin cənubunda uğurlar əldə edib. Onlar Mariupolda limanı ələ keçirməyə çalışıblar.

– Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Belarus tərəfindən Qomel vilayətində, Ukrayna sərhədi istiqamətində “İskəndər-M” əməliyyat-taktiki raket kompleksinin quraşdırdığı qeydə alınıb.

2 25– Ukrayna Müdafiə Nazirliyinin məlumatına əsasən, Ukrayna Silahlı Qüvvələrinin bölmələri son sutkada Rusiya ordusunun 4 döyüş təyyarəsini, 1 helikopterini, 2 pilotsuz uçuş aparatını, 2 qanadlı raketini məhv edib. Donetsk və Luqansk istiqamətindən Rusiyanın 5 hücumunun qarşısı alınıb, 2 tankı, piyadaların döyüş maşını və avtomobili məhv edilib, canlı qüvvə itkisinin sayı dəqiqləşdirilir.

– Ümumilikdə, fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 123 təyyarəsini, 127 helikopterini, 586 tankını, 1694 zirehli texnikasını, 1150 hərbi avtomobilini, 302 artilleriya qurğusunu, 66 PUA-sını, 54 hava hücumundan müdafiə sistemini, 95 yayılım atəşli reaktiv sistemini, 21 xüsusi nəqliyyat vasitəsini, 73 yanacaq sisternini və 7 gəmi/qayığını, 4 OTRK / TRK işəsalma qurğusunu məhv edib. İndiyədək Rusiya Ordusunun 17 000 nəfər hərbiçisi öldürülüb.

– Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya hərbçiləri oğurladıqları şəhər merlərinin bəzilərini öldürüblər. Qeyd edək ki, Ukrayna 14 şəhərin merlərinin oğurlandığını bildirir.

– Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında Prezident Volodimir Zelenski tibbi ləvazimatlar daxil olmaqla, Ukraynaya göstərilən humanitar yardıma görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan daim humanitar məsələlərə böyük önəm verir və xüsusi diqqətlə yanaşır.

– Ukrayna Ombudsmanı Lyudmila Denisova Rusiya tərəfindən Ukraynada hərbi əməliyyatlar başlayandan bəri 143 uşağın öldüyünü, 216 uşağın xəsarət aldığını deyib. Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi ümumilikdə 4 milyondan çox ukraynalı uşağın təxliyəsinə səbəb olub.

– BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatında bildirilib ki, Rusiya ilə Ukrayna arasında müharibə başlayandan bu günə kimi azı 1119 nəfər ukraynalı mülki şəxs ölüb, 1 790 nəfər yaralanıb. Rusiya ordusunun hücumu nəticəsində Ukraynanı 3 milyon 821 min 49 nəfər tərk edib. Beləliklə, ən çox qaçqını Polşa (2 267 103 nəfər) qəbul edib. Siyahıda sonrakı yerləri Rumıniya, Moldova, Macarıstan və Slovakiya tutur. Beynəlxalq Miqrasiya Təşkilatı müharibə başlayandan bəri Ukraynada 6,5 milyon insanın məcburi köçkünə çevrildiyini bildirib.

– Rusiya Müdafiə Nazirliyinin rəsmi general-mayor İqor Konaşenkov bildirib ki, Rusiyanın hərbi aviasiya vasitələri gün ərzində Ukrayna qoşunlarının 41 hərbi obyektini vurub. İqor Konaşenkov qeyd edib ki, onların arasında 2 yayılım atəşli reaktiv sistemi qurğusu, 1 elektron döyüş stansiyası, 2 səhra sursat anbarı, 24 dayaq məntəqəsi və Ukrayna hərbi texnikasının cəmləşdiyi ərazilər məhv edilib.

– Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiyanın Hərbi-Kosmik və Hava Hücumundan Müdafiə Qüvvələrinin bölmələri son sutkada Ukraynanın iki Su-24 təyyarəsini Çerniqov vilayəti üzərində havada vurub. Ukraynaya məxsus daha bir Su-27 qırıcısı Donetsk vilayətinin Kramatorsk rayonunda vurulub. Bunlardan başqa, Rusiya ordusu tərəfindən Ukraynanın 19 PUA-sı məhv edilib.

– Rusiya hərbi aviasiyası səhvən Ukraynanın Mariupol rayonu yaxınlığında Azov dənizi üzərində sahil xəttinin beş kilometrliyində öz tabeliyində olan “Azov” millibatalon komandirlərinin təcili evakuasiyası üçün göndərilən Mi-8 helikopterini vurub.

– Rusiya silahlı qüvvələri Ukraynanın Volın şəhərində yerləşən neft bazalarını raket atəşinə tutub.

– Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu tərəfindən fevralın 24-dən bu günədək Ukraynanın ümumilikdə 123 təyyarəsi, 74 helikopteri, 309 PUA-sı, 1721 tank və digər zirehli döyüş maşınları, 1568 xüsusi nəqliyyat vasitəsi, 172 reaktiv yaylım atəşi sistemi, 721 artilleriya qurğusu və minaatanı məhv edilib.

Rizvan Fikrətoğlu

Poliqon.az

Back to top button