Xəbərlər

Rusiya-Ukrayna müharibəsinin otuz yeddinci günü – XRONİKA

Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə Ukrayna şəhərlərinin, hərbi obyektlərinin dağıdılması və Ukraynanın müdafiə olunması ilə davam edir. Rusiya silahlı qüvvələri Ukraynanın hərbi infrastrukturuna, hava limanlarına, xəstəxanalarına və mülki obyektlərinə hücum edir. Bəzi istiqamətlərdə Ukrayna silahlı qüvvələri əks-hücuma keçir. Ukrayna müqavimət göstərir və dəstək qazanır, dünya Rusiyanı təcrid edir.

“Poliqon” rəsmi məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsinin otuz yeddinci gününün xronikasını təqdim edir.

– Aprelin 1-də Rusiya silahlı qüvvələri Kiyev vilayətinin şimalından Belarus sərhədinə doğru çıxarılıb.

– Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, Ukrayna son sutkada 28 yaşayış məntəqəsini Rusiya işğalından azad edib. Ukrayna Ordusunun bölmələri Demidiv, Dımer, Litvınovka, Qavrilovka, Kozarovıçi, Jovtneve, Qlıbovka, Yasnoqorodka, Talakun, Sukoluççya, Lipivka, Qavronşina, Makovışe, Nikolayevka, Xmilna, Rudnya, Şevçenko, Bobrik, Starıy Basan, Nova Basan, Makiyevka, Poqrebi, Bajanovka, Volodimirovka, Şnyakovka, Salne, Sofiyevka, Qavrilovka yaşayış məntəqələrini işğaldan azad edib.

– Rusiya qoşunları Kiyev vilayətinin Brovar rayonundan tam olaraq çıxarılıb.

– Ukrayna ordusu Kiyev vilayətinin Buça şəhərini də Rusiya hərbçilərindən azad edib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Rusiya qoşunları Buçadan geri çəkilərkən mülki tikililəri, infrastruktur obyektlərini və qəsəbə daxilində bəzi əraziləri minalayıblar.u5

– Rus qoşunlarının bir hissəsi Çernobıl AES-dən çıxarılıb. Qeyd edək ki, Çernobıl AES Ukraynaya hücumdan bir neçə gün sonra rus qoşunlarının işğalına məruz qalmışdı.

– Kiyev hərbi administrasiyasının rəhbəri Nikolay Jirnov bildirib ki, gün ərzində Kiyev ətrafında vəziyyət sabit keçib, lakin paytaxtın kənarında döyüşlər davam edib.

– Ukrayna ordusu Rusiyanın 3 tankı, 2 zirehli maşınını, 2 artilleriya sistemini və 10 pilotsuz uçuş aparatını (PUA) məhv edib. Ukrayna Silahlı Qüvvələrinin bölmələri ölkənin şərqində Rusiyaya məxsus ilk “Mi-28” helikopterini vurublar.

– Ümumilikdə, fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 143 təyyarəsini, 131 helikopterini, 625 tankını, 1751 zirehli texnikasını, 1220 hərbi avtomobilini, 316 artilleriya qurğusunu, 85 PUA-sını, 54 hava hücumundan müdafiə sistemini, 96 yayılım atəşli reaktiv sistemini, 24 xüsusi nəqliyyat vasitəsini, 76 yanacaq sisternini və 7 gəmi/qayığını, 4 OTRK / TRK işəsalma qurğusunu məhv edib. İndiyədək Rusiya Ordusunun 17 700 nəfər hərbiçisi öldürülüb.

– Rusiya KİV-ləri idia edir ki, Ukrayna ordusu Rusiyanın Belqoroddakı neft bazasına iki helikopterdən zərbə endirib və nəticəsində neftbazanın iki əməkdaşı yaralanıb. Bu, müharibə başlayandan bugünə kimi Ukraynanın Rusiya ərazisinə ilk hücumu kimi qiymətləndirilə bilər.

– Ukraynanın Baş Prokurorluğu bildirib ki, Rusiyanın Ukrayna ərazisində başladığı hərbi əməliyyatlar nəticəsində 153 uşaq ölüb, 245-dən çox uşaq yaralanıb. Qeyd edilib ki, Kiyev, Donetsk, Xarkov, Çerniqov, Nikolayev, Luqansk, Zaporojye, Sumı, Jitomir uşaqların daha çox xəsarət aldığı vilayətlərdir. Baş Prokurorluğun məlumatına əsasən, Rusiya-Ukrayna müharibəsi başlayandan indiyədək azı 10 milyondan çox sakin evini tərk edib, 1 232 ukraynalı mülki şəxs həlak olub, 1935 nəfər yaralanıb.

u4– Rəsmi məlumata əsasən, azı 300 suriyalı muzdlu döyüşçülər Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Rusiyaya gediblər. Onların əvvəlcə hərbi təlim keçəcəkləri qeyd olunub.

– Ukrayna Müdafiə Nazirliyinin məlumatında Rusiyanın müharibə başlayandan bugünədək Ukrayna şəhərlərinə 1 370 raket atdığı qeyd olunub. Raket zərbələri nəticəsində Ukraynanın 15 hava limanını məhv edilib.

– Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib ki, Rusiya hərbçiləri 152 mm-lik “Krasnopol” mərmisi ilə Ukrayna ordusuna məxsus S-300 zenit-raket sistemini məhv edib.

– Rusiya qoşunları Odessa vilayətinin Odessa rayonuna 3 raket zərbəsi endirib.

– Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general-mayor İqor Konaşenkov bildirib ki, Rusiya Hava Hücumundan Müdafiə bölmələri Lyubimovka kəndi yaxınlığında Ukraynaya məxsus Mi-8 helikopterini, biri “Bayraktar TB2” olmaqla, 12 PUA-sını vurub.

– Rusiya silahlı qüvvələrinin aviasiya vasitələri gün ərzində Ukraynanın 40 hərbi obyektini, o cümlədən “Buk-M1” və “Osa” zenit raket komplekslərini məhv edib.

u2

– Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu tərəfindən fevralın 24-dən bu günədək Ukraynanın ümumilikdə 124 təyyarəsi, 82 helikopteri, 347 PUA-sı, 1854 tank və digər zirehli döyüş maşınları, 1722 xüsusi nəqliyyat vasitəsi, 202 reaktiv yaylım atəşi sistemi, 214 zenit-raket kompleksi, 777 artilleriya qurğusu və minaatanı məhv edilib.

– Rusiya Silahlı Qüvvələri Baş Qərargahının komanda məntəqəsinin rəisi Mixail Mizintsev bildirib ki, Rusiya Silahlı Qüvvələri Mariupoldan Zaporojye vilayətinə mülki əhalinin və xarici vətəndaşların təxliyəsi üçün dörd humanitar dəhliz açıb. Mixail Mizintsev əlavə edib ki, artıq Mariupoldan 115 minə yaxın insan xilas edilib.

– Aprelin 1-də Ukraynanın Zaporojye vilayətində Rusiya ilə əsirlərin mübadiləsi aparılıb.

Rizvan Fikrətoğlu

Poliqon.az

Back to top button