Rusiya Ukrayna ordusunun itkilərini açıqlayıb

Rusiya Ukrayna ordusunun itkilərini açıqlayıb

Rusiya Silahlı Qüvvələri fevralın 24-dən bu günədək ümumilikdə Ukraynanın 975 hərbi obyektini vurub.

Bu barədə “Poliqon” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Məlumatda bildirilib ki, Ukraynanın 17 hərbi aerodromu, 43 komanda məntəqəsi, 31 S-300, “BuK M-1” və “Osa” zenit-raket kompleksi (ZRK), 48 radar stansiyası, 36 döyüş təyyarəsi, 7 helikopteri, 11 pilotsuz uçuş aparatı, 395 tank və digər zirehli döyüş maşınları, 59 reaktiv yaylım atəşi sistemi, 286 xüsusi təyinatlı hərbi texnikası, 179 artilleriya qurğusu və minaatanı, 2 “Toçka-U” operativ-taktiki raket sistemi, eləcə də 8 döyüş kateri məhv edilib.

Bildirilib ki, bu gündən etibarən Ukrayna Silahlı Qüvvələrinin Azov dənizinə çıxışı tamamilə bağlanıb.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS