
Rusiya Ukraynanın 975 hərbi obyektini məhv edib
Rusiya Silahlı Qüvvələri fevralın 24-dən bu günədək ümumilikdə Ukraynanın 975 hərbi obyektini vurub.
Bu barədə “Poliqon” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
Məlumatda bildirilib ki, Ukraynanın 14 ədəd hərbi aerodromu, 23 ədəd komanda məntəqəsi, 31 ədəd S-300, “BuK M-1” və “Osa” zenit-raket kompleksi (ZRK), 48 ədəd radar stansiyası, 36 ədəd döyüş təyyarəsi, 7 ədəd helikopteri, 11 ədəd pilotsuz uçuş aparatı, 223 ədəd tank və digər zirehli döyüş maşınları, 39 ədəd reaktiv yaylım atəşi sistemi, 143 ədəd xüsusi təyinatlı hərbi texnikası, 86 ədəd artilleriya qurğusu və minaatanı, 2 ədəd “Toçka-U” taktiki raketi, eləcə də 8 ədəd döyüş kateri məhv edilib.
Bildirilib ki, Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin “Buk M-1” ZRK ilə təchiz edilmiş 302-ci zenit-raket alayı könüllü olaraq silahı yerə qoyub və təslim olub. 471 nəfər ukraynalı hərbçi saxlanılıb.
Ukraynanın Xerson və Berdyansk şəhərləri Rusiya Silahlı Qüvvələri tərəfindən tamamilə mühasirəyə alınıb. Geniçevsk şəhəri və Xerson yaxınlığındakı “Çernobaevka” aerodromu da nəzarətə götürülüb.
Rizvan Fikrətoğlu