Rusiya Ukraynanın yaşayış məntəqələrinə 113 ədəd “İsgəndər” və “Kalibr” raketləri atıb

Rusiya Ukraynanın yaşayış məntəqələrinə 113 ədəd “İsgəndər” və “Kalibr” raketləri atıb

Ukraynaya-Rusiya müharibəsi başlayandan bəri Rusiya Ordusu Ukraynanın dinc əhalisinin yaşadığı şəhər və kəndlərə qurudan və dənizdən ümumilikdə 113 ədəd “İsgəndər” əməliyyat-taktiki raket və “Kalibr” tipli qanadlı raket atıb.

“Poliqon” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı, general-leytenant Valeriy Zalujniy deyib.

“Putin rejiminin bu qanlı cinayəti beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır və Haaqa tribunalı tərəfindən araşdırılmalıdır”, – deyə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı vurğulayıb.

Poliqon.az

CATEGORIES
TAGS