Rusiya və Serbiya hərbi pilotlarının birgə təlimləri başlayıb
Rusiya və Serbiya Hərbi Hava Qüvvələrinin pilotlarının iştirakı ilə “Bars-2021” birgə taktiki təlimləri başlayıb.
“Poliqon” xəbər verir ki, Serbiyada keçirilən təlimlərdə MiG-29 döyüş təyyarələrini, o cümlədən Mi-8 və Mi-35 helikopterlərini iradə edən iki ölkənin birgə komandaları iştirak edir.
Birgə təlimlər zamanı Rusiya və Serbiyanın uçuş heyəti tərəfindən döyüş manevrləri, MiG-29 döyüş təyyarələrinin aşağı sürətli hədəflərə hücumları, havadan hücum əməliyyatları, habelə evakuasiya və akrobatik uçuşlar keçiriləcək.
CATEGORIES Xəbərlər