Rusiya X-59MKM raketinin ilk partiyasını ixrac edəcək

Rusiya X-59MKM raketinin ilk partiyasını ixrac edəcək

Rusiya adı açıqlanmayan ölkəyə ilin sonuna qədər X-59MKM “hava-yer” tipli raketin ilk partiyasını təhvil verəcək.

“Poliqon” “RİA Novosti”yə istinadən xəbər verir ki, hazırda X-59MKM betondələn avasiya raketinin son sınaqları keçirilir.

İnersial (ətalət) tuşlamalı X-59MKM avasiya raketi stasionar obyektləri məhv edə, beton döşəmələrə və torpaq qatına nüfuz edə bilir. Raketin döyüş başlığının kütləsi 320 kq -dır.

Xatırladaq ki, təkmilləşdirilmiş X-59 MKM raketinin ixrac versiyası ilk dəfə MAKS-2021 sərgisində təqdim edilib.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS