Rusiya Xəzər flotiliyasının gəmiləri Bakıya səfər ediblər – FOTOLAR

Rusiya Xəzər flotiliyasının gəmiləri Bakıya səfər ediblər – FOTOLAR

İyunun 27-də Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Volqodonsk” kiçik artilleriya və “Anatoli Qujvin” hidroqrafiya hərbi gəmiləri qeyri-rəsmi dostluq səfəri ilə Bakıya gəliblər.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, gəmi heyətləri Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndələri tərəfindən qarşılanıb.

Gəmi heyətləri üçün səfər çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərində gəzinti təşkil ediləcək, həmçinin hərbi dənizçilərin idman yarışı üzrə yoldaşlıq görüşü keçiriləcək.

Qeyri-rəsmi dostluq səfəri iyunun 30-dək davam edəcək.

CATEGORIES