
Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib
Azərbaycanda qeyri-rəsmi dostluq səfərində olan Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının “Astraxan” və “Anatoliy Qujvin” hərbi gəmiləri sentyabrın 20-də Bakı limanını tərk ediblər.
Bu barədə “Poliqon”a Müdafi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, Rusiya HDD-nin Xəzər flotiliyasının “Astraxan” və “Anatoliy Qujvin” hərbi gəmiləri qeyri-rəsmi dostluq səfəri ilə sentyabrın 18-də Bakıya gəlmişdi.
CATEGORIES Xəbərlər