Rusiya yeni snayper tüfənginin tezliklə hərbi əməliyyat zonasında istifadəsini planlaşdırır

Rusiya yeni snayper tüfənginin tezliklə hərbi əməliyyat zonasında istifadəsini planlaşdırır

“Yüksək Dəqiqlikli Komplekslər” holdinqinin inkişaf etdirdiyi yeni MTs-572 snayper tüfənginin yaxın gələcəkdə Rusiya Silahlı Qüvvələri tərəfindən hərbi əməliyyat zonasında istifadəsi planlaşdırılır.

“Poliqon” “Yüksək Dəqiqlikli Komplekslər” holdinqinə istinadən xəbər verir ki, hazırda MTs-572 antimaterial snayper tüfəngi sınaqdan keçirilir və müxtəlif iş şəraitində göstəriciləri yoxlanılır.

Holdinqin TsKIB SOO dizayn bürosunun mütəxəssisləri sınaq nəticələrinə əsasən, perspektivli 12.7×108 mm-lik MTs-572 snayper tüfəngini təkmilləşdirib və erqonomikasını yaxşılaşdırıblar.

CATEGORIES
TAGS