Rusiya yeni Su-30SM2 qırıcıları ilə aviasiya parkını gücləndirir
“Birləşmiş Aviasiya Korporasiyası”nın “İrkutsk” aviasiya zavodu tərəfindən istehsal edilən yeni Su-30SM2 döyüş təyyarələri Rusiya Müdafiə Nazirliyinə təhvil verilib.
“Poliqon” “Birləşmiş Aviasiya Korporasiyası”na istinadən xəbər verir ki, Su-30SM2-lər lazımi yer və uçuş sınaqlarından keçdikdən sonra xidmət yerlərinə göndərilib.
Bildirilib ki, dövlət müdafiə sifarişi çərçivəsində “İrkutsk” aviasiya zavodu yeni təyyarələrin istehsal planını vaxtında yerinə yetirib.
Rusiyanın Hava-Kosmik Qüvvələrində xidmət göstərəcək yeni Su-30SM2 döyüş təyyarələri təkmilləşdirilmiş avionika dəstləri ilə təchiz edilib. Rusiya Müdafiə Nazirliyinin texniki şərtlərinə uyğun olaraq aparılan təkmilləşdirmə işləri sayəsində təyyarənin döyüş qabiliyyəti artırılıb. Xüsusilə, hava hədəflərinin aşkarlanması və tanınması diapazonu yüksəldilib. Bir neçə yüz kilometr məsafədə hava, yer və dəniz hədəflərini məhv etmək üçün döyüş təyyarələrinin silahlanmasına yeni yüksək dəqiqlikli silah sistemləri daxil edilib.