
Rusiya yeni VTOL PUA hazırlayıb
Rusiyanın ZALA AERO şirkəti ZALA 421-16EV indeksli yeni çoxməqsədli VTOL (Vertical Take-Off & Landing) vertikal qalxma və enmə funksiyalı pilotsuz uçuş aparatı hazırlayıb.
Bu barədə “AzeriDefence”ə ZALA AERO şirkətindən məlumat verilib.
Aerodinamik xüsusiyyətləri özündə cəm edən ZALA 421-16EV PUA bütün uçuş rejimlərində istifadə etmək üçün özünəməxsus uyğunlaşma sisteminə malikdir.
ZALA AERO mütəxəssislərinin sözlərinə görə, yeni ZALA 421-16EV PUA şirkətin ən son elmi və texniki inkişaflarını özündə cəmləşdirir.
Video stansiyası görüntünü HD keyfiyyətində (1280 * 720) yayır, bu da yerüstü stansiya operatoruna video görüntüləri ətraflı araşdırmağa imkan verir.
Sınaqlarını uğurla başa çatdıran ZALA 421-16EV seriyalı istehsala hazırdır.
Yüngül çəkili PUA 2 saat havada qala bilir. Maksimum sürəti 110 km/saat təşkil edir.