Rusiyada “Ataka-Şorox” akustik kəşfiyyat modulu hazırlanıb

Rusiyada “Ataka-Şorox” akustik kəşfiyyat modulu hazırlanıb

Rusiyanın “Rostex” Dövlət Korporasiyasına daxil olan “Roselektronika” holdinqinin “Almaz” Elmi-İstehsalat müəssisəsi tərəfindən “Ataka-Şorox” akustik kəşfiyyat modulu hazırlanıb.

“Poliqon” “Rostex” Dövlət korporasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, aparat mülki və xüsusi obyektləri kiçik ölçülü pilotsuz uçuş aparatlarının (PUA) icazəsiz müdaxiləsindən müdafiə etmək üçün təyin edilib.

Modul uzaqdan yaxınlaşan PUA-nı tapmağa imkan verən ultrahəssas mikrofonlarla təchiz edilib. Aşkaretmə məsafəsi 500 metrə qədərdir. “Ataka-Şorox” modulunun təchizatına xarakterik səslər əsasında fövqəladə halları, qayda pozuntularını, insanların kütləvi toplaşmalarını aşkar etməyə imkan verən kənar mühitin təhlili intelektual sistemi daxildir.

Modul, PUA “Ataka-DBS” radio tezliyini aşkarlama və söndürmə kompleksi və onun mobil “Ataka-Trofi” versiyası ilə inteqrasiya edilə bilər. Akustik kəşfiyyat modulu avtonom rejimdə uçan PUA-nı aşkar edərsə, “Ataka-DBS” arzuolunmaz aparatın peyk naviqasiya kanallarını bloklayır.

“Ataka-Şorox” akustik kəşfiyyat modulu hazırda Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən “Interpolitex-2021” XXV Beynəlxalq Dövlət Təhlükəsizliyi Sərgisində nümayiş etdirilir.

Əhəd Əzizov

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş