Rusiyada BT-3F amfibiya zirehli transportyoru dövlət sınaqlarına hazırlaşır

Rusiyada BT-3F amfibiya zirehli transportyoru dövlət sınaqlarına hazırlaşır

Tezliklə Rusiyada “Kurqanmaşzavod” müəsssisəsi və “Maşınqayırma Xüsusi Dizayn Bürosu” (SKBM) tərəfindən yaradılmış BT-3F amfibiya zirehli transportyorunun dövlət sınaqları keçiriləcək.

“Poliqon” “Yüksək Dəqiqlikli Komplekslər” holdinqinə istinadən xəbər verir ki, dövlət sınaqları zamanı BT-3F-in müxtəlif iqlim şərtlərində, quruda və suda müəyyən edilmiş taktiki-texniki xüsusiyyətləri təsdiqlənməlidir.

Bundan başqa, zirehli transportyor hərəkətdə və suda olarkən yerindən atış testlərindən də keçməlidir.

Qeyd olunub ki, BT-3F zirehli transportyoru BMP-3F piyada döyüş maşınına əsaslanır. 12.7 mm-lik topla silahlandırılan zirehli transportyor 12 tam təchizatlı personalı və iki ekipaj üzvünü daşımaq qabiliyyətinə sahibdir. BT-3F-in texniki imkanları uzaqdan idarə olunan istənilən döyüş modulunun ona quraşdırılmasına şərait yaradır.

CATEGORIES
TAGS