Rusiyada “İsgəndər” ƏTRK üçün komponentlərin istehsalı artıb

Rusiyada “İsgəndər” ƏTRK üçün komponentlərin istehsalı artıb

Ruiyanın “Yüksək dəqiqlikli komplekslər” holdinqi “İsgəndər” əməliyyat-taktiki raket kompleksləri (ƏTRK) üçün komponentlərin istehsalını artırıb.

Bu barədə “Poliqon” TASS informasiya agentliyinə istinadən xəbər verib.

Bildirilib ki, xüsusilə İsgəndər ƏTRK üçün idarəetmə sistemləri istehsal edən “Yüksək dəqiqlikli komplekslər” holdinqinin “Mərkəzi Elmi-Tədqiqat Avtomatika və Hidravlika İnstitutu” (TsNIIAG) 2023-cü ildə əməliyyat-taktiki və taktiki raket sistemləri ilə bağlı komponentlərin istehsalını bir neçə dəfə artırıb.

Qeyd edək ki, TsNIIAG yüksək dəqiqlikli idarəetmə sistemlərinin, o cümlədən “İsgəndər” ƏTRK üçün lazımi elementlərin yaradılmasında ixtisaslaşan müdafiə sənayesi müəssisəsidir.

Poliqon.az

CATEGORIES
TAGS