Rusiyada Ka-226T helikopteri uçuş sınaqlarına başlayıb

Rusiyada Ka-226T helikopteri uçuş sınaqlarına başlayıb

Rusiyada təkmilləşdirilmiş Ka-226T helikopteri ilk uçuşunu dairəvi şəkildə həyata keçirib.

“Poliqon” “Rostex” Dövlət Korporasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, sınaqlar yeni “Mil və Kamov” birgə kompleksinin Helikopterquraşdırma Mərkəzinin bazasında yerinə yetirilib.

Helikopter səmada 12 dəqiqə qalıb, 300 metr yüksəkliyə qalxıb və təxminən 100 km/saat sürətlə dairəvi şəkildə uçub.

Məlumatda bildirilir ki, təkmilləşdirilmiş Ka-226T helikopteri yüksək dağlıq ərazilərdə uçuşlar üçün uyğunlaşdırılıb.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS