Rusiyada KUB-2 ilə bağlı 2025-ci ilin dövlət müdafiə sifarişi tam həcmdə yerinə yetirilib

Rusiyada KUB-2 ilə bağlı 2025-ci ilin dövlət müdafiə sifarişi tam həcmdə yerinə yetirilib

“Kalaşnikov” konserni KUB-2 süzən sursatlarının növbəti partiyasını Rusiya Silahlı Qüvvələrinə təhvil verib.

“Poliqon” “Kalaşnikov”a istinadən xəbər verir ki, konsern bununla da 2025-ci ilin dövlət müdafiə sifarişini tam həcmdə yerinə yetirmiş olub.

Qeyd edək ki, KUB-2 müxtəlif kütləyə malik döyüş başlıqları ilə istehsal olunur. Kiçik sinif KUB-2 düşmənin canlı qüvvəsini və zirehsiz hərbi texnikanı məhv etmək üçün nəzərdə tutulub. Orta sinif KUB-2 isə düşmən canlı qüvvəsinə, pilotsuz uçuş aparatları (PUA) komplekslərinin start mövqelərinə, helikopterlərin bazalanma meydançalarına, həmçinin zirehsiz və yüngül zirehli hərbi texnikalarına zərbələr endirmək üçün istifadə edilir.

Süzən sursat yüksək manevr qabiliyyətinə malikdir və optik-elektron sistemlərlə təchiz olunub. Bu sayədə operatorlar zərbə sursatlarını hərəkətdə olan hədəflərə belə dəqiq yönəldə bilirlər. Hədəfin tutulması və məhv edilməsi süni intellekt elementlərinin köməyi və bort hesablama kompleksi vasitəsilə həm əl, həm də avtomatik rejimdə həyata keçirilir ki, bu da süzən sursatları düşmənin radioelektron mübarizə vasitələrinə qarşı davamlı edir.

İstehsalçının bildirdiyinə görə, xüsusi hərbi əməliyyat zonasında aparılan sınaqların nəticələrinə əsasən KUB-2-nin hədəfə dəymə ehtimalı olduqca yüksəkdir.

KUB-2 süzən sursatları “Kalaşnikov” tərəfindən seriyalı şəkildə istehsal olunan SKAT 350 M kəşfiyyat PUA-sı ilə tandemdə döyüş tətbiqi zamanı da yüksək dəqiqlik nümayiş etdirir. Pilotsuz uçuş aparatları konsernin öz istehsalı olan unikal proqram təminatı ilə inteqrasiya edilib. Bu proqram təminatı istənilən mürəkkəb şərait səviyyəsində tapşırıqların sutka boyu icrası üçün vahid informasiya məkanının yaradılmasına və səmərəli istifadəsinə imkan verir.

CATEGORIES
TAGS