Rusiyada “Loşarik” nüvə sualtı qayığının təmiri gələn il yekunlaşacaq
Rusiyanın zədələnmiş AS-31 “Loşarik” nüvə sualtı qayığının təmiri və modernləşdirilməsi 2025-ci ildə tamamlanacaq.
“Poliqon” TASS informasiya agentliyinə istinadən xəbər verir ki, işlər başa çatdıqdan dərhal sonra sualtı qayığın dənizdə sınaqları başlayacaq.
Hazırda sualtı qayığın yanğın nəticəsində dağılmış və ya ciddi zədələnmiş hissələrinin yerinə yeni avadanlıq, komponent və mexanizmlərin quraşdırılması işləri davam etdirilir.
Qeyd edək ki, AS-31 “Loşarik” nüvə sualtı qayığında yanğın 2019-cu il iyulun 1-də baş verib. Yanğın zamanı sualtı qayığın bir sıra hissələri zərər görsə də, nüvə reaktoruna ziyan dəyməyib.