Rusiyada “Naro-Fominsk” kiçik raket gəmisinin sınaqları keçiriləcək

Rusiyada “Naro-Fominsk” kiçik raket gəmisinin sınaqları keçiriləcək

Rusiya Hərbi Dəniz Qüvvələri (HDQ) üçün inşa edilən “Naro-Fominsk” kiçik raket gəmisinin Kronştadtda dəniz və dövlət sınaqları keçiriləcək.

“Poliqon” TASS informasiya agentliyinə istinadən xəbər verir ki, 21631 layihəsi əsasında “A.M.Qorki adına Zelenodolsk Zavodu” tərəfindən inşa olunan bu gəmi 2022-ci ilin dekabrında suya buraxılıb.

Bildirilib ki, zavodun 2010-cu ildən bəri Rusiya HDQ üçün inşa etdiyi 21631 layihəli kiçik raket gəmiləri müasir avadanlıqlar və silah sistemləri ilə təchiz olunub. Çay və dənizlərdə fəaliyyət göstərə bilən 21631 layihəli gəmilər “Kalibr” qanadlı raketlərinin daşıyıcısıdır.

Layihə üzrə inşa olunan doqquz gəmi hazırda Rusiya Hərbi Dəniz Qüvvələrinin donanmasında xidmət göstərməkdədir. Onların hər biri səkkiz “Kalibr-NK” və ya “Oniks” qanadlı raketi ilə silahlandırıla bilər.

Poliqon.az

CATEGORIES
TAGS