Rusiyada S-500 “Prometey” ZRS-in seriya istehsalına başlanılıb

Rusiyada S-500 “Prometey” ZRS-in seriya istehsalına başlanılıb

“Almaz-Antey” konserninin müəssisələrində yeni nəsil S-500 “Prometey” zenit-raket sisteminin (ZRS) seriyalı istehsalına başlanılıb.

Bu barədə “Poliqon” “Almaz-Antey” konserninin mətbuat xidmətinə istinadən məlumat verib.

“Ən son S-500 “Prometey” hava hücumundan müdafiə (HHM) və raket əleyhinə müdafiə (RƏM) sisteminin seriyalı istehsalına artıq başlanılıb” – deyərək “Almaz-Antey” hava-kosmik müdafiə konserninin baş direktoru Yan Novikov “National Defence” jurnalına müsahibəsində bildirib.

Bundan əlavə, Y.Novikov vurğulayıb ki, S-500 ZRS dövlət müdafiə sifarişi ilə müəyyən edilmiş vaxt çərçivəsində qoşunlara çatdırılacaq.

S-500 “Prometey” (və ya 55R6M “Triumfator-M”) Rusiyanın “Almaz-Antey” hava-kosmik müdafiə konserni tərəfindən hazırlanmış ZRS-dir. Yeni nəsil ZRS kimi, bu sistemdə ballistik və aerodinamik hədəflərin məhv edilməsi tapşırıqlarının ayrıca həlli prinsipini tətbiq edilib.

S-500 “Prometey” ZRS tərkibinə daxildir:

– 96L6 yüksəklik aşkaredicisi;

– 92N6A uzun mənzilli aşkaretmə radarı;

– idarəetmə vasitələri:

  • 85J6-1 döyüşü idarəetmə məntəqəsi;
  • 60K6 erkən xəbərdarlıq radarı.

– HHM hissəsi:

  • 55K6MA komanda məntəqəsi;
  • 91N6AM radarı;
  • 40N6M raketləri;
  • 51P6M buraxma qurğuları.

– RƏM hissəsi:

  • 85J6-2 döyüşü idarəetmə məntəqəsi;
  • aktiv fazalı antena şəbəkəli 76T6 və 77T6 radarları;
  • raket əleyhinə 77N6-N və 77N6-N1 raketləri;
  • 77P6 buraxma qurğuları.

İstehsalçı bildirir ki, özünün taktiki-texniki xassələrinə görə S-500 “Prometey” ZRS şərti olaraq ilk nəsil kosmos əleyhinə müdafiə sistemlərinə aid edilə bilər. Çünki bu sistemin yaxın kosmosda işləyənlər daxil olmaqla bütün dünyada analoqu yoxdur.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS