Rusiyada S-500 ZRS-nin növbəti sınaqları keçirilib

Rusiyada S-500 ZRS-nin növbəti sınaqları keçirilib

Rusiyanın Arktika bölgəsində S-500 “Prometey” zenit-raket sisteminin (ZRS) növbəti sınaqları keçirilib.

“Poliqon” “RİA Novosti”yə istinadən xəbər verir ki, S-500 “Prometey” ZRS-nin sınaq atışı uğurla tamamlanıb.

Qeyd edək ki, S-500 “Prometey” ZRS yeni nəsil hava hücumundan müdafiə sistemi olub, təxminən 600 km məhvetmə radiusuna malikdir. 

Məlumatda o da qeyd edilib ki, KİV-də yayılan məlumata görə, S-500-ün bir versiyası kimi hazırlanan S-550 ZRS-nin sınaqları keçirilir. Lakin S-550 ZRS-nin sınaqdan keçirilməsi yaxın gələcəkdə planlaşdırılmır, çünki onun prototipləri hələ yaradılmayıb. S-550 ZRS raket əleyhinə müdafiə və hava hücumundan müdafiə tapşırıqlarını yerinə yetirmək sahəsində ixtisaslaşacaq.

Poliqon.az

CATEGORIES
TAGS