Rusiyada “stealth” xüsusiyyətli yeni material hazırlanıb

Rusiyada “stealth” xüsusiyyətli yeni material hazırlanıb

Rusiyanın “Rostex” Dövlət Korporasiyasının “Roselektronika” holdinqi “stealth” (gizlilik/görünməzlik) xüsusiyyətli yeni material hazırlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə “Rostex” Dövlət Korporasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda metal əsaslı fiberqlasdan hazırlanan nazik təbəqəli yeni materialın təyyarə hissələrinin istehsalı üçün istifadə ediləcəyi bildirilib.

Korporasiyasının qeyd etdiyinə görə, bu dizayn həlli “stealth” materiallar üçün ilk dəfə tətbiq olunur. Onun işləmə prinsipi geniş tezlik diapazonunda radarların yaydığı radio dalğaları udaraq təyyarəni görünməz etməkdir. Bu çərçivədə material radarların ətrafa yaydığı elektromaqnit şüaların 95%-ə qədərini udur və radarda hava obyektinin aşkarlanmasını xeyli çətinləşdirir.

O, “Roselektronika” holdinqinin tərkibinə daxil olan “Xüsusi Radio Materiallarının Mərkəzi Dizayn Bürosu” (ЦКБ РМ) tərəfindən mühərrik kompressor bıçaqlarının istehsalı üçün hazırlanıb. Buna səbəb həmin detalın təyyarənin radar vasitəsilə aşkarlanmasını ən çox təmin edən hissələrdən biri olmasıdır.

“Xüsusi Radio Materiallarının Mərkəzi Dizayn Bürosu”nun baş direktoru Aleksey Dımovskix vurğulayıb ki, yeni materialın sınaq üçün hazırlanan prototipləri tələb olunan zavod testlərindən artıq uğurla keçib.

Poliqon.az

CATEGORIES
TAGS