Rusiyada yeni “Lancet-E” kompleksinin təqdimatı keçirilib

Rusiyada yeni “Lancet-E” kompleksinin təqdimatı keçirilib

Rusiyanın “Rosoboroneksport” şirkəti (“Rostex” Dövlət Korporasiyasının tərkibinə daxildir) Moskvada keçirilən 10-cu “Army-2024” beynəlxalq hərbi-texniki forumunda ilk dəfə “Lancet-E” kompleksini təqdim edib.

“Poliqon” “Rosoboroneksport”a istinadən xəbər verir ki, “Lancet-E” kompleksi real döyüş əməliyyatlarında özünü sübut edən “Lancet” süzən sursatının ixrac versiyasıdır.

“Lancet-E” ilə bağlı fikirlərini bölüşən “Rosoboroneksport” şirkətinin baş direktoru Aleksandr Mixeyev, yeni kompleksin ixrac potensialını yüksək qiymətləndirib: “Kompleks döyüş meydanında ən yüksək effektivliyi və geniş spektrli hədəfləri – istənilən növ zirehli texnika və istehkamlardan tutmuş yerüstü hədəflərə qədər vurmaq qabiliyyətini nümayiş etdirib.

Bunun sayəsində bu gün “Lancet-E” böyük ixrac potensialına malikdir və biz bunu 1000 ədəddən çox qiymətləndiririk. Əminəm ki, Rusiya Silahlı Qüvvələrinin ehtiyaclarını ödədikdən sonra istehsal gücü kompleksi xaricə uğurla çatdırmağa imkan verəcək”.

Qeyd edək ki, “Lancet-E” kompleksinin əsas istehsalçısı “Rostex” Dövlət Korporasiyasının tərkibinə daxil olan “Kalaşnikov” konserninin “Zala Aero Group” şirkətidir. “Rosoboroneksport” yalnız “Lancet-E”nin ixarıcı ilə bağlı işləri həyata keçirir.

CATEGORIES
TAGS