QuruXəbərlər

Rusiyanın BMPT “Terminator” döyüş maşınına yeni ad verilib

Rusiyanın “Uralvaqonzavod” (UVZ) konserni tərəfindən istehsal edilən BMPT tanka dəstək döyüş maşını rəsmi olaraq “Spiridon” adlandırılıb.

“Poliqon” “Uralvaqonzavod”a istinadən xəbər verir ki, qərar UVZ əməkdaşlarının və döyüş maşınlarının ekipajlarının müraciəti əsasında qəbul olunub.

Beləliklə, uzun illər “Terminator” adı ilə tanınan BMPT yeni rəsmi ad əldə edib.

Bildirilib ki, Rusiyanın tarixi və mənəvi dəyərləri ilə əlaqələndirilən “Spiridon” adı cəsarət, dözümlülük və güclü iradəni simvolizə edir.

BMPT tanka dəstək döyüş maşını tank və digər zirehli bölmələrin döyüş əməliyyatları zamanı atəş dəstəyi ilə təmin edilməsi, tank əleyhinə vasitələrin, canlı qüvvənin və yüngül zirehli texnikanın məhv edilməsi, həmçinin terrorizmlə mübarizə və sülhməramlı missiyaların yerinə yetirilməsi üçün nəzərdə tutulub.

Maşın müasir rəqəmsal atəş idarəetmə sistemi ilə təchiz edilib. Bu sistem BMPT-yə həm yerində, həm də hərəkətdə olarkən bütün silahlarından effektiv istifadə etməyə, eləcə də gecə və gündüz şəraitində döyüş tapşırıqlarını yerinə yetirməyə imkan verir. Bundan başqa, döyüş maşını müxtəlif məsafələrdə və müxtəlif istiqamətlərdə yerləşən üç hədəfi eyni vaxtda atəşə tuta bilir.

Ukraynadakı döyüş əməliyyatlarında özünü doğruldan BMPT-lərə hazırda Rusiya Quru Qoşunlarında yüksək tələbat mövcuddur.

Back to top button