
Rusiyanın “İl” seriyalı hərbi təyyarələri zenit-raketlərindən müdafiə olunacaq
Rusiya İl-76MD-90A və İl-78M-90A hərbi təyyarələrini zenit-raketlərindən qorumaq üçün radioelektron müdafiə sistemləri ilə təchiz edir.
“AzeriDefence”nin TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu “Radiopribor” ASC-nin baş dizayneri Yevgeni Qlebov deyib.
E.Qlebov “Radiopribor” şirkətinə yeni verilən sifariş əsasında artıq ilk nümunə olaraq İl-76MD-90A və İl-78M-90A yanacaq dolduran təyyarələr üzərinə radioelektron müdafiə sistemi quraşdırıldığını bildirib.
Baş dizayner qeyd edib ki, müdafiə sistemi təyyarəyə atılan zenit-raketi yanlış istiqamətə yönləndirir.
CATEGORIES Xəbərlər