Rusiyanın “Kronştadt” sualtı qayığı sınaqdan keçirilir

Rusiyanın “Kronştadt” sualtı qayığı sınaqdan keçirilir

Rusiyanın “Admiralteyskie Verfi” gəmiqayırma şirkəti 677 layihəli B-586 “Kronştadt” 2-ci “Lada” sinifli sualtı qayığın zavod sınaqlarının birinci mərhələsinə başlayıb.

“Poliqon”un “Admiralteyskie Verfi” şirkətinə istinadən verdiyi məlumata görə, Finlandiya körfəzində keçiriliən sınaqlar çərçivəsində “Kronştadt” sualtı qayığın sürət və manevr qabiliyyəti yoxlanılır.

Habelə, şirkətin mütəxəssisləri tərəfindən “Kronştadt”ın sualtına enişi, qaldırıcı-mast qurğuları sınaqdan keçirilir. Hidroakustik kompleksi, naviqasiya və rabitə kompleksləri test edilir.

“Kronştadt” sualtı qayığın sınaqlarının birinci mərhələsinin bu ilin dekabr ayının sonunda başa çatdırılması planlaşdırılıb.

2021-ci ildə inşası tamamlanan “Kronştadt” sualtı qayığının faktiki tikintisi 16 il çəkib. “Admiralteyskie Verfi” şirkəti əsas gəminin təcrübəli istismarının nəticələrinə əsaslanaraq, “Kronştadt” sualtı qayığının texniki vasitələrinin idarəetmə sistemini, elektrohərəkət sistemini, naviqasiya kompleksini modernləşdirib.

Məlumatda o da qeyd olunub ki, 677 layihəli sualtı qayıqları dördüncü nəsil qeyri-nüvə sualtı qayıqlarına aiddir. Həm döyüş effektivliyi, həm də digər taktiki və texniki xüsusiyyətləri baxımından müasir və perspektivli hesab olunur.

Poliqon.az

CATEGORIES
TAGS