Rusiyanın KUB-E süzən sursatı ilk ixrac uğuruna imza atıb

Rusiyanın KUB-E süzən sursatı ilk ixrac uğuruna imza atıb

Rusiyanın “Kalaşnikov” konserni (“Rostex” Dövlət Korporasiyasının bir hissəsi) adı açıqlanmayan xarici sifarişçiyə KUB-E süzən sursatlarını tədarük edəcək.

“Poliqon”un “Kalaşnikov”a istinadən veridiyi məlumata görə, bununla bağlı “Rosoboroneksport” şirkəti (“Rostex” Dövlət Korporasiyasının bir hissəsi) və xarici sifarişçi arasında müqavilə imzalanıb.

Beləliklə, “Kalaşnikov” konserni tərəfindən istehsal olunan KUB-E süzən sursatı ilk ixrac uğurunu əldə edib.

““Kalaşnikov” konserninin istehsal gücü bizə Rusiya müştərilərinin bu növ məhsula olan bütün ehtiyaclarını tam ödəməyə və ölkə daxilində bağlanmış müqavilələrə xələl gətirmədən KUB-ların ixracını həyata keçirməyə imkan verir”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, “Kalaşnikov”un hazırladığı KUB-E süzən sursatı 2021-ci ilin noyabr ayında dövlət sınaqlarından uğurla keçib və 2022-ci ildə onun kütləvi istehsal olunaraq tədarük edilməsi barədə qərar qəbul edilib.

KUB düşmənin taktiki dərinliyində tək və ya qrup halda yerləşən zirehli texnikasını məhv etmək üçün nəzərdə tutulub. Gecə-gündüz və küləyin sürəti 10 m/s-ə qədər olan vaxtlarda istifadə edilə bilən süzən sursatın idarəetmə sistemi real vaxt rejimində komandaların ötürülməsinə imkan verir.

Hazırda KUB-E süzən sursatları Rusiya Silahlı Qüvvələri tərəfindən real döyüş şəraitində aktiv şəkildə istifadə olunur.

CATEGORIES
TAGS