Rusiyanın Müdafiə naziri Zakir Həsənova zəng edib

Rusiyanın Müdafiə naziri Zakir Həsənova zəng edib

Rusiyanın Müdafiə naziri, ordu generalı Sergey Şoyqu Azərbaycan-Ermənistan dövlət sərhədində yaranan vəziyyətlə bağlı Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib.

Bu barədə “Poliqon” Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Telefon danışığı əsnasında Zakir Həsənov iki ölkənin dövlət sərhədində Ermənistanın törətdiyi təxribatların qarşısının qətiyyətlə alındığını bildirib.

Ordu generalı S.Şoyqu hərbi əməliyyatların dayandırılması və vəziyyətin sabitləşdirilməsi üçün səylər göstərməyə hazırlığını ifadə edib.

Poliqon.az

CATEGORIES
TAGS