Rusiynın müasirləşdirilmiş T-90M tankları Ordunun silahlanmasına verilib
Rusiyanın müasirləşdirilmiş T-90M “Prorıv” tanklarının ilk partiyası Ordunun silahlanmasına qəbul edilib.
Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
Qərb Hərbi Dairəsinin tank birləşməsinin komandiri general-leytenant Sergey Kisel bildirib ki, T-90M tankları yeni qüllə və daha güclü mühərrik ilə təchiz olunub.
Müasirləşdirilən T-90M tankının elektro-optik nişangahı hər cür hava şərtlərində gecə/gündüz dəqiq atış imkanı verir.
Modernləşdirilən tankın əsas xüsusiyyətlərindən biri real vaxt rejimində digər nəqliyyat vasitələri ilə informasiya mübadiləsinin aparılmasıdır.
CATEGORIES Xəbərlər