S-400 ZRK Belarusda test edilir

S-400 ZRK Belarusda test edilir

Rusiya S-400 “Triumf” zenit-raket kompleksini (ZRK) test edilməsi üçün Belarusa göndərib.

“Poliqon” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, S-400 kompleksinin şəxsi heyəti təlim sahəsinə gəldikdən sonra Belarus və Rusiyanın vahid regional hava hücumundan müdafiə sisteminin bir hissəsi kimi start mövqelərinin kamuflyajını və hava hücumundan müdafiə döyüş növbətçiliyini yerinə yetirəcək.

Həmçinin, S-400 ZRK-nin Belarusda sınaq atışları keçiriləcək.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko 2021-ci il avqustun 9-da Belarus telekanalları tərəfindən canlı yayımlanan verilişlərin birində Rusiyadan S-400 ZRK almaqda maraqlı olduqlarını bildirmişdi.

s 400 s 4001 s 4002

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS