“Saab” CAR HHQ-nin “Gripen”lərinə texniki xidmət göstərəcək

“Saab” CAR HHQ-nin “Gripen”lərinə texniki xidmət göstərəcək

İsveçin “Saab” şirkəti ilə Cənubi Afrika Respublikası (CAR) arasında “Gripen C/D” döyüş təyyarələrinə servis, təmir və texniki xidmət dəstəyinin göstərilməsi ilə bağlı müqavilə imzalanıb.

Bu barədə “Poliqon” “Saab” şirkətinə istinadən məlumat verib.

Müqavilənin şərtinə görə, şirkət CAR Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus “Gripen C/D” döyüş təyyarələrinə 2022-2025-ci illəri əhatə edən növbəti üç il ərzində servis, təmir və texniki dəstək xidmətlərini göstərəcək.

Xatırladaq ki, bu döyüş təyyarələrinin ilk ixrac müştərisi olan CAR ötən ilin dekabrında şirkət ilə arasında yaranan texniki xidmət müqavilələrindəki gecikmələrə görə HHQ-nin bütün Saab JAS39 “Gripen” qırıcı parkının uçuşları dayandırılmışdı.

Poliqon.az

CATEGORIES
TAGS