“Saab” Hindistan HHQ-yə 114 ədəd “Gripen E” qırıcısı təklif edəcək

“Saab” Hindistan HHQ-yə 114 ədəd “Gripen E” qırıcısı təklif edəcək

İsveçin “Saab” şirkəti çoxməqsədli döyüş təyyarəsi proqramı çərçivəsində Hindistan Hərbi Hava Qüvvələrinə (HHQ) 114 ədəd “Gripen E” döyüş təyyarəsi təklif edəcək.

“Poliqon” xəbər verir ki, bu barədə “Saab”ın Hindistanda fəaliyyət göstərən törəmə şirkəti “Saab India”nın “X” (Twitter) hesabında paylaşım edilib.

Qeyd edək ki, daha əvvəl də “Gripen” qırıcıları Hindistan HHQ-yə təklif olunub. Ancaq həmin vaxt Hindistan Hərbi Hava Qüvvələri Fransanın “Dassault Aviation” şirkəti tərəfindən istehsal edilən “Rafale” qırıcılarını seçib.

CATEGORIES
TAGS