“Saab” İsveç HHQ-nin “Gripen” C/D döyüş təyyarələrini təkmilləşdirəcək

“Saab” İsveç HHQ-nin “Gripen” C/D döyüş təyyarələrini təkmilləşdirəcək

“Saab” şirkəti İsveç Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya parkında yer alan JAS-39 “Gripen” C/D döyüş təyyarələrini təkmilləşdirəcək.

“Poliqon” “Saab” istinadən xəbər verir ki, bunun üçün şirkət İsveçin Müdafiə Avadanlıqları İdarəsindən (FMV) 579 milyon SEK (52.4 milyon ABŞ dolları) dəyərində sifariş alıb.

Sözügedən sifariş ilə bağlı danışan “Saab” şirkətinin nümayəndəsi Lars Tossman qeyd edib ki, İsveç HHQ-yə məxsus “Gripen” C/D qırıcılarının təkmilləşdirilməsi, onların 2030-cu ildən sonra da fəaliyyət göstərə bilməsi üçün vacibdir.

CATEGORIES
TAGS