QuruXəbərlər

“Saab” İsveç Ordusunun yerüstü HHM sistemləri üçün sifariş alıb

“Saab” şirkəti İsveçin Müdafiə Avadanlıqları İdarəsindən (FMV) yerüstü hava hücumundan müdafiə (HHM) vasitələri üçün radar və komanda-idarəetmə sistemlərinin tədarükünə dair sifariş alıb.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, sifarişin dəyəri təxminən 1,2 milyard İsveç kronu (129 milyon ABŞ dolları) təşkil edir və tədarüklərin 2029-2030-cu illər ərzində həyata keçirilməsi planlaşdırılır.

Bildirilib ki, daha əvvəl FMV-yə həyata keçirilmiş tədarüklərin davamı olacaq komanda-idarəetmə və radar sistemləri İsveçin yerüstü HHM imkanlarını daha da gücləndirəcək. Bu, İsveç Ordusuna müasir hava təhdidlərini daha effektiv şəkildə aşkarlamaq və onlara qarşı mübarizə aparmaq imkanı verəcək.

Tədarük olunacaq “Giraffe AMB” radarı qısa və orta mənzilli yerüstü hava hücumundan müdafiə sistemləri üçün əsas imkanlar təqdim edir. Sistem qüvvələrin manevr sərbəstliyini qorumaq və hava üstünlüyünü dəstəkləmək üçün vaxt qazandırır.

Güclü müşahidə radarı ilə inteqrasiya olunmuş “ komanda-idarəetmə funksiyalarının birləşməsi qoşunlara hava şəraiti barədə operativ məlumat əldə etməyə imkan verir ki, bu da dəyişən təhdidlərə və yeni taktikalara dərhal və effektiv reaksiya göstərilməsini təmin edir.

Back to top button