“Saab” İsveç Silahlı Qüvvələrinin ZRK-lərinə logistika dəstəyi göstərəcək

“Saab” İsveç Silahlı Qüvvələrinin ZRK-lərinə logistika dəstəyi göstərəcək

“Saab” şirkəti İsveç Silahlı Qüvvələrinə məxsus hava hücumundan müdafiə (HHM) sistemlərinə təmir, texniki xidmət və logistika dəstəyi göstərəcək.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, bunun üçün tərəflər arasında 16.3 milyon ABŞ dolları (170 milyon İsveç kronu – SEK) dəyərində müqavilə imzalanıb.

Müqaviləyə əsasən, “Saab” bütün bu fəaliyyətləri 2023 və 2025-ci illər arlığında həyata keçirəcək. Eyni zamanda İsveç Silahlı Qüvvələrinin tələbinə görə, razılaşmanın müddəti daha 3 il uzadıla bilər.

Müqavilə çərçivəsində İsveç Silahlı Qüvvələrinin inventarında yer alan həm RBS 70 və RBS 90 zenit-raket komplekslərinə (ZRK), həm də “Giraffe AMB” və “Giraffe 75” radarlarına logistika dəstəyi göstəriləcək.

Poliqon.az

CATEGORIES
TAGS