“Saab” Norveç Ordusuna HE-448 sursatları tədarük edəcək

“Saab” Norveç Ordusuna HE-448 sursatları tədarük edəcək

İsveçin “Saab” şirkəti ilə Norveç arasında 84 mm-lik yüksək partlayıcılı HE-448 sursatlarının alınması üçün müqavilə imzalanıb.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, alınan sursatlar şirkət istehsalı “Carl-Gustaf M4” qumbaraatanları tərəfindən istifadə ediləcək.

Yüksək partlayıcılı HE-448 sursatı 1500 metr mənzilə və 2.6 kiloqram ağırlığa malikdir. Təsir dairəsi 400 kvadrat metr olan HE-448 sursatı düşmənin canlı qüvvəsini, zirehli və zirehsiz nəqliyyat vasitələrini məhv etmək üçün nəzərdə tutulub.

“Carl-Gustaf M4” qumbaraatanı, İsveçin “Saab” şirkəti tərəfindən işlənib hazırlanmış və istehsal edilmiş “Carl-Gustaf” ailəsinin yeni nəsil çoxməqsədli tank əleyhinə kompleksidir. Geniş çeşidli döyüş sursatları müstəsna taktiki çevikliyi, istənilən döyüş vəziyyətinə hazır olmanı, daha sürətli döyüşün aparılmasını, zərbə ehtimalını artırmağı və daha yüksək effektivliyi təmin edir.

Qeyd edək ki, istehsalçı, yeni M4 versiyasını əvvəlki M3 modelindən daha yüngül, yaxşı və sürətli olaraq xarakterizə edir. M4 modelinin kütləsi 6.3 kq təşkil edir ki, bu da kütləsi 10 kq olan M3 modelindən 37% və 14.2 kq-lıq kütləyə sahib M2 modelindən 2,2 dəfə yüngüldür.

Poliqon.az

CATEGORIES
TAGS