“Saab” şirkəti T-7A təyyarəsi üçün arxa gövdə sistemləri istehsal edəcək

“Saab” şirkəti T-7A təyyarəsi üçün arxa gövdə sistemləri istehsal edəcək

İsveçin “Saab” şirkəti ABŞ-ın “Boeing” şirkəti tərəfindən inkişaf etdirilən T-7A təlim təyyarəsi üçün arxa gövdə sistemləri istehsal edəcək.

“Poliqon” xəbər verir ki, bu barədə “Saab” şirkəti məlumat yayıb.

Bildirilib ki, “Saab” arxa gövdə sistemlərinin istehsalı ilə bağlı “Boeing”dən 101.7 milyon ABŞ dolları (təxminən 1 milyard SEK) dəyərində sifariş alıb.

Sifarişə əsasən, T-7A-nın arxa gövdə sistemləri “Saab”ın İndiana ştatında (ABŞ) yerləşən müəssisəsində istehsal olunacaq.

CATEGORIES
TAGS