SərgilərXəbərlər

SAHA 2026 sərgisində BARKAN 3 yerüstü robotu ilə bağlı imzalar atıldı

Türkiyədə təhlükəsizlik qüvvələrinin istifadəsinə verilən BARKAN yerüstü robotu üçün Müdafiə Sənayesi Komitəsi ilə HAVELSAN şirkəti arasında versiya 3 müqaviləsi imzalanıb.

“Poliqon” xəbər verir ki, istifadəçi qurum tərəfindən irəli sürülən əlavə tələblər və Türkiyə Müdafiə Sənayesi İcraiyyə Komitəsinin qərarları çərçivəsində müxtəlif sayda BARKAN 3 vasitəsinin tədarükünə dair müqavilə dəyişikliyi SAHA 2026 sərgisində imzalanaraq qüvvəyə minib.

BARKAN layihəsi çərçivəsində çatdırılma və müqavilə proseslərinin istifadəçi qurumun gözləntilərinə uyğun şəkildə fasiləsiz davam etdirilməsi və sistemlərin əməliyyat imkanlarının artırılması hədəflənir.

Müdafiə Sənayesi Komitəsi ilə HAVELSAN arasında 7 yanvar 2025-ci il tarixində imzalanmış yerüstü robot layihəsi – BOİKA-1 müqaviləsi çərçivəsində müxtəlif sayda BARKAN 2 və BARKAN 3-ün çatdırılması da uğurla davam edir.

BARKAN 2-nin yoxlama və qəbul fəaliyyətləri uğurla tamamlanıb, BARKAN 3-ün yoxlama və qəbul fəaliyyətlərinin isə bu il ərzində başa çatdırılması planlaşdırılır.

Back to top button