
Türkiyənin STM şirkəti tərəfindən hazırlanmış KUZGUN uzunmənzilli kamikadze pilotsuz uçuş aparatı (PUA) ilk dəfə SAHA 2026 sərgisində təqdim edilib.
“Poliqon” xəbər verir ki, 1000 km-dən artıq uçuş məsafəsinə malik olan kamikadze PUA dərinliklərdə yerləşən düşmən hədəflərini məhv etmək üçün nəzərdə tutulub.
Tam avtonom rejimdə əməliyyatları icra edə bilən KUZGUN-un havaya qalxması üçün eniş-qalxış zolağına ehtiyacı yoxdur. PUA-nın kütləsi 200 kq, havada qalma müddəti isə 6 saatdan artıqdır. Elektron müdaxilələrə davamlı olan pilotsuz uçuş aparatı aşağı radar izinə malikdir.
Qeyd edək ki, yeni PUA-nın uzunmənzilli olması onun taktiki və operativ səviyyədə istifadə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir.








