SAHA EXPO sərgisi çərçivəsində Mədət Quliyev İsmail Dəmirlə görüşüb

SAHA EXPO sərgisi çərçivəsində Mədət Quliyev İsmail Dəmirlə görüşüb

Türkiyənin İstanbul şəhərində keçirilən SAHA EXPO Müdafiə, Aviasiya və Kosmik Sənaye sərgisi çərçivəsində Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev ilə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir arasında görüş baş tutub.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Başqanlığının mətbuat xidməti məlumat yayıb.

Oktyabrın 28-nə kimi davam edəcək sərgiyə 57 ölkədən 390-ı xarici və 567-si yerli olmaqla ümumilikdə 957 şirkət qatılıb.

Bunlar arasında Türkiyə müdafiə sənayesi sektorunun ASELSAN, “Otokar”, “Roketsan”, STM, HAVELSAN, TUSAŞ, SARSILMAZ, ASFAT və digər qabaqcıl şirkətləri yer alır.

Qeyd edək ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov da sərgidə iştirak etmək üçün Türkiyədə səfərdədir.

Poliqon.az

CATEGORIES
TAGS