SAHA EXPO virtual müdafiə sənayesi sərgisi başa çatıb

SAHA EXPO virtual müdafiə sənayesi sərgisi başa çatıb

Türkiyənin SAHA İstanbul cəmiyyəti tərəfindən keçirilən dünyanın ilk üç ölçülü Virtual Müdafiə Sənayesi Sərgisi SAHA EXPO mayın 9-da başa çatıb.

SAHA İstanbul cəmiyyətindən “Poliqon”a verilən məlumata görə, 290 şirkətin qatıldığı sərgidə 536 məhsul üç ölçülü formada nümayiş olunub.

Məlumata əsasən, 115 mindən çox insan SAHA EXPO sərgisini ziyarət edib.

Sərgidə ATAK helikopteri, MMU (Milli Muharip Uçağı), raket sistemləri, pilotsuz uçuş aparatları (PUA), habelə ilk dəfə olaraq SAR 762 MT və SAR 127 MT silahları üç ölçülü formada nümayiş etdirilib.

Qeyd edək ki, SAHA EXPO Virtual Müdafiə Sənayesi Sərgisi Türkiyənin Ticarət Nazirliyinin dəstəyi, Milli Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Sənayesi Komitəsi, MKEK kimi təşkilatların, ASELSAN, ROKETSAN, HAVELSAN, Baykar, Kale Qrup, DowAksa kimi dünyada tanınan müdafiə sənayesi şirkətlərinin iştirakı ilə keçirilib.

SAHA İstanbul cəmiyyəti ikinci SAHA EXPO sərgisinin 10-13 noyabr 2021-ci ildə İstanbul Sərgi Mərkəzində keçiriləcəyini bildirib.

Poliqon.az

CATEGORIES
TAGS