SərgilərXəbərlər

Şahin Məmmədov SAHA 2026-da MKE-nin PİRANA kamikadze İDA-sı ilə tanış olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Şahin Məmmədov və onu müşayiət edən nümayəndə heyəti SAHA 2026 sərgisində “Makine ve Kimya Endüstrisi” (MKE) şirkətinin stendini ziyarət edib.

“Poliqon” xəbər verir ki, nümayəndə heyəti başda PİRANA kamikadze insansız dəniz aparatı (İDA) olmaqla, MKE-nin dəniz müdafiəsi məhsulları ilə yaxından tanış olub.

Həmçinin heyət MKE-nin Azərbaycandakı şirkəti olan “Makine Kimya Azerbaycan” (MKA) barədə də ətraflı məlumat alıb.

Qeyd edək ki, PİRANA asimmetrik müharibə şəraiti nəzərə alınaraq, “Effektiv-Sadə-Ucuz” yanaşması ilə MKE mühəndisləri tərəfindən hazırlanmış suüstü kamikadze İDA-dır. PİRANA yalnız tək deyil, həm də sürü konsepsiyası ilə hücum həyata keçirmək qabiliyyətinə malikdir. Əməliyyat zamanı sürüdə yer alan bəzi PİRANA-lar hədəf bölgəsində hərəkət edərək düşmənin radar və müdafiə sistemlərinin diqqətini üzərinə çəkir, dizaynı və xüsusi örtüyü sayəsində aşağı radar izinə malik olan digər PİRANA isə üzərindəki döyüş başlığı ilə aşkarlanmadan hədəfi məhv edir.

PİRANA radio tezlik (RF) və peyk rabitəsi (SATCOM) vasitəsilə uzaqdan idarə oluna və ya avtonom rejimdə fəaliyyət göstərə bilir. Peyk üzərindən idarəetmə qabiliyyəti coğrafi məhdudiyyətləri aradan qaldıraraq sistemin minlərlə kilometr məsafədən fasiləsiz idarə olunmasına imkan yaradır. Beləliklə, əməliyyat məsafəsi problemi faktiki olaraq aradan qaldırılır.

Saatda 40 knot-dan artıq sürəti və yüksək manevr qabiliyyəti sayəsində sürətli müdaxilə tələb edən ssenarilərdə mühüm üstünlük təmin edən PİRANA, daşıdığı 100 kq-lik döyüş başlığı və 200 dəniz milindən artıq əməliyyat radiusu ilə uzaq məsafələrdə də tapşırıqları uğurla yerinə yetirə bilir.

HHtfRKhW8AAQ9iQ

Back to top button